“RİCON”

Bununla yanaşı, ölkəmizin davamlı inkişafını və müasirliyini nəzərə alaraq yeni texnologiyaların standartlarına uyğun, təcrübəsini genişləndirən və bir çox mütəxəssis yetişdirən bir müəssisədir. “RİCON” MMC AZSTAND “Azərbaycan Standartlaşdırma İnstitutu” - sertifikatlaşdırma qurumunun auidit yoxlamasından uğurla keçərək İSO 9001:2020, İSO 14001:2021 və İSO 45001:2021 sertifikatlarını əldə etmişdir.

Xidmətlərimiz:

Tikinti avadanlıqlarının icarəsi

Vaxt ötdükcə şəhərsalma mədəniyyəti dahada çoxalır. İnşaat sektorunun böyüməsi isə bəzi ehtiyaclarının çoxalmasına səbəb olur ki, bunlardan biri texnikalardır. Ehtiyacınız olan, müasir standartların tələblərinə uyğun, müxtəlif tipli tikinti texnikaları və nəqliyyat vasitələrinin icarəsi Ricon MMC şirkəti tərəfindən həyata keçirilir. Vaxtınıza bizimlə qənaət edin.

Abadlıq

İllərdir bu sahədə böyük təcrübə yığaraq və əldə etdiyimiz bilikləri peşəkarcasına istifadə edərək, biz, bu gün komandamızla bir çox layihələrə imza atmışıq. Bütün ərazini və ya onun müəyyən hissəsinin yaşıllaşdırılmasını həyata keçirə bilərik.

Relyefə, iqlimə və əraziyə uyğun standartları qoruyaraq, seçilmiş bitkilər və onların ərazidəki relyef və planına uyğunlaşdırılmasını təmin edərək hər bir əraziyə fərdi olaraq yanaşırıq. Bitkilərin təchizatı və əkilməsi onların xüsusiyyətlərini nəzərə alaraq aparılır və görülmüş işlərin nəticəsi olaraq sizlərə arzuladığınız layihəni təhvil veririk.

Abadlıq, yaşıllaşdırma xidmətlərinə aşağıdakılar daxildir:

  • Şəhər ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması.
  • Parkların salınması.
  • Park aksessuarlarının və dekorlarının quraşdırılması (skamya, söhbətkah, arka, idman alətləri, uşaq əyləncə alətləri)
  • Şəxsi bağların abadlaşdırılması və yaşıllaşdırılması.
  • Şaquli torpaq planlaması.
  • Döşəmələrin dekorativ üzlənməsi (tamet, mərmər, granit, aglay)
  • Qış bağlarının yaradılması (örtük konstruksiya, isitmə)
  • Bitkilərin dizayn edilməsi, seçilməsi və əkilməsi.
  • Avtomatik suvarma və drenaj sistemlərinin quraşdırılması
  • İşıqlandırma
     

Mövcud olan müasir texnologiyaların peşəkar tətbiqi, lazımi alətlərin mövcudluğu, həmçinin işçilərin bacarıq və təcrübəsi bizə istənilən miqyasda layihələri tamamlamağa imkan verir.

İstixanalar

İstixana - "RICON" MMC 10 ildən çoxdur ki, Azərbaycanda bu sahə üzrə də fəaliyyət göstərir. Ən son standartların tələblərinə uygun avtomatlaşdırılmış müxtəlif tipli istixanaların quraşdırılması, və bu sahə üzrə dünya bazarında yüksək pay sahibi olan şirkətlər ilə bir neçə ildir ki partnyorluq edir. Həm mühəndis, həm də material cəhətdən bazara liderlik mövqeyini qoruyur. Bizim öncəliyimiz müştəri məmnuniyyətidir. İstixanalarınızın keyfiyyətinin yüksək olması, sizin gələcəkdə cibinizə qənaət etməyiniz üçün önəm daşıyır.

Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması

Kommunikasiya və şəbəkələrin qurulması işlərinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi. Şirkətimiz sizə bu işin mükəmməl dərəcədə planlaşdırılmasını və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməsini təklif edir. Habelə keçdiyimiz müddətlərdə gördüyümüz MEP (bayır) mühəndisliyi işləri sayəsində bir neçə partnyorluq əldə etmişik. 

Neft-qaz

Neft-qaz emalı sahəsində "Ricon" MMC 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində Azərbaycan və dünya bazarında pay sahibi olan müəyyən şirkətlər ilə artıq əməkdaşlıq edir. "Ricon" MMC neft-qaz emalı sahəsində nasosların, kompressorların, qazanxanaların, boru kəmərlərinin quraşdırılmasını və izolyasiyasını təşkil edir. 

Meliorasiya işləri

Meliorasiya - torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqromeşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır. 

"Ricon" MMC şirkəti sizə müasir tələblərə uyğun hidrotexniki qurğunların hazırlanmasını, quraşdırılmasını və torpaq işlərinin aparılmasını təklif edir. 

Yanacaq çənlərin hazırlanması və quraşdırılması

"RICON" MMC bu sahə üzrə müəyyən olunmuş normalar çərçivəsində, ən son təlabatlara uyğun olaraq istənilən layihə üzrə işləri həyata keçirir. Gördüyümüz işləri nümunə gətirərək, İstənilən həcmdə neft, mazut, yanacaq və sement çənlərinin (Rezervuarlarının) hazırlanması və quraşdırılmasını şirkətimiz tərəfindən təklif edir. İşin planlaşdırmasını mükəmməl səviyyədə apararaq və təcrübəli mütəxəssisləri özündə cəmləşdirərək sizə keyfiyyətli işi təklif edir, həmçinin ekoloji cəhətdən təhlükəsizliyi təmin edir. 

Əlavə olaraq şirkətimiz artıq 15 ildən çoxdur ki, rezervuarların (çənlərin), qazholderlərin, magistral və texnoloji boru xətlərinin müasir standartlara uyğun izolyasiyasını həyata keçirir.

Metal konstruksiya

Şirkətimiz sənaye obyektlərinin, irihəcmli anbarların, habelə stadion, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanması, boyanması və quraşdırılmasını həyata keçirir. Yüksəkliyindən və aşırımından asılı olmayaraq hər cür layihələrin (qaynaqlı və ya bolt bağlantılı) zavod şəraitində yığılmasını və tikinti sahəsində quraşdırılmasını yerinə yetirəcək yüksək peşəkarlığa malikdir.

 

Metal konstruksiya materialları metalın möhkəmliyinə və strukturuna görə digər materiallarla müqayisədə son dərəcə davamlıdır. Bu davamlılığa görə polad konstruksiyasının ömrü digər konstruksiyalardan dəfələrlə uzun olur.

 

Tikilməkdə olan bir strukturda dəyişiklik ehtimalı çox çətindir, lakin metal konstruksiya qeyri-məhdud hərəkət və dəyişiklik təmin edir. Hərəkət sahəsi son dərəcə genişdir, hətta quraşdırma sahəsini dəyişdirmək və köçürmək mümkündür. Quruluşun böyüdülməsi və ya kiçilməsi kimi fiziki dəyişikliklər də tikinti sayəsində asanlıqla qarşılana bilir. Binanın arxitekturasında həm sərbəstlik, həm də rahatlıq təmin edir.
 

Metal Konstruksiyalara nəyə görə çox üstünlük verilir?
 

• Yüksək metal müqavimətinə görə, metal konstruksiya strukturu həm möhkəm, həm də daha davamlıdır.

• Beton və taxta kimi konstruksiyalarla müqayisədə daha sürətli quraşdırma və montaj asanlığı kimi xüsusiyyətləri baxımından daha üstündür.

• İstənilən iqlim quruluşuna, bölgəyə və yer quruluşuna asanlıqla uyğunlaşır.

• Hava şəraitinin tikinti mərhələsinə təsiri minimaldır. Bu tikililər bütün fəsillərdə tikilə bilər.

• İstifadə rahatlığını təmin edir və uzun ömürlüdür.

• Metal konstruksiya qiymətləri digər materiallardan istifadə edilən konstruksiyalardan daha münasibdir.

• Metal konstruksiya konstruksiyalarındakı elastiklik xüsusiyyəti sayəsində zəlzələ, təkan kimi dağıdıcı fəlakətlərdə sarsıntı olsa belə, çökmə baş vermir.

 

Metal konstruksiyalar harada istifadə olunur?

• Anqarlar

• Anbarlar

• Sənaye sahələri

• Fabrik binaları

• Dayanacaqlar

• Idman kompleksləri

• Əyləncə mərkəzləri

• Müvəqqəti bina sahələri

• Bina və tikililərin karkasları

• Böyük diametrli boru xətləri

• Dəmir yollar və körpülərin istehsalı

• Arenaların tikintisi

• Kommunikasiya sistemləri

• Qüllə və rabitə antenalarının quraşdırılması

• Reklam lövhələrinin və kiçik ölçülü memarlıq formaları

• Böyük tutumlu yanacaq çənləri

• Xüsusi layihələr

Metal konstruksiyalar müəyyən bir yerdə uzun və qısa müddətli istifadədən sonra nəql edilə bilər və başqa bir ərazidə yenidən istifadə edilə bilər. 
 

Biz sizə "RICON" MMC şirkəti olaraq keyfiyyət və rahatlığı birlikdə təqdim edirik. Xüsusi istəklərinizə uyğun olaraq hazırlanacaq dizaynlar baxımından hər cür layihələri reallaşdıra bilən komandamızla hər zaman xidmətinizdəyik.

İnşaat

Tikinti sahəsində ixtisaslaşmış, inam və etibarlılıq yaradan şirkət kimi tanınan “RİCON” MMC enerji obyektlərinin inşaası, meliorasiya, senaye və mülki tikinti obyektlərinin tikintisi, boru xətlərinin çəkilməsi, metalkonstruksiya və rezervuarların istehsalı və quraşdırılması sahəsində bir çox layihələrə imza atmışdır.

Şirkətimizin məqsədi və öhdəliyi təkcə ən yüksək standartları təmin etmək deyil, həm də qarşılıqlı faydalı əlaqələr qurmaqdır.

Uzun illər təcrübəsi olan, tikinti prosesini daim təkmilləşdirən təcrübəli mütəxəssislər ilə birlikdə, habelə ən müasir avadanlıqlardan istifadə edərək və böyük material tədarükçüləri ilə qurulmuş əməkdaşlıqlar nəticəsində, şirkətimiz, həm “sıfırdan” layihələri, həm də mövcud bina və tikililərin yenidən qurulması işlərini effektiv və minimal müddət ərzində təhvil verir. Kommersiya, bələdiyyə və dövlət strukturları ilə əməkdaşlıq edərək, istənilən növ tikinti layihələrinə nəzarət edir.

DƏYƏRLƏRİMİZ

MÜŞTƏRİ

MƏMNUNİYYƏTİ

ETİBARLILIQ

ÇEVİK VƏ

YERİNDƏ XİDMƏT

XİDMƏT

ÇEŞİDLİLİYİ

MÜŞTƏRİLƏRİMİZ